ABŞ Dövlət Departamenti Trampın daha bir fərmanını ləğv edib

07.02.2021 - 10:41

ABŞ üç ölkə – Salvador, Qvatemala və Hondurasla imzalanmış sığınacaqla təmin etməyə dair müqavilələrin icrasını dayandırıb.

APA xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken açıqlama verib.

Bu razılaşmalar keçmiş prezident Donald Tramp administrasiyası tərəfindən əldə olunmuşdu.

 

“Salvador, Qvatemala və Honduras hökumətlərinə məlumat verdik ki, ABŞ bu addımları bölgədə miqrasiyaya yanaşmanı əməkdaşlıq və qarşılıqlı etimad əsasında inkişaf etdirmək üçün atır”, – Blinken belə deyib.

Qeyd edək ki, həmin razılaşmalar ABŞ-da deyil, bu ölkələr daxilində sığınacaq verilməsini nəzərdə tuturdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=160733

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031