Ümumdünya Ticarət Təşkilatına ilk dəfə qadın rəhbərlik edə bilər

07.02.2021 - 11:01

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo ötən ilin may ayında istefa verdikdən sonra artıq onun postuna son namizəd bəlli olub.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Ticarət naziri Yoo Myunq Hee öz namizədliyini geri götürdükdən sonra nigeriyalı iqtisadçı və keçmiş maliyyə naziri xanım Nqozi Okonyo-İveala bu vəzifəyə iddia edən yeganə namizədə çevrilib. N.Okonyo-İvealanın beynəlxalq quruma baş direktor seçiləcəyi təqdirdə, bu, ÜTT tarixində ikiqat yenilik olacaq. Nigeriya təmsilçisinin şəxsində həm ilk qadın, həm də ilk Afrika nümayəndəsi ÜTT rəhbəri olacaq.

Co Bayden ABŞ prezidenti seçildikdən sonra onun administrasiyası N.Okonyo-İvealanın namizədliyini dəstəklədiyini bəyan edib və bununla da nigeriyalı iqtisadçının ÜTT rəhbərliyi postuna gedən yoldakı əsas maneə aradan qalxıb. Ötən il oktyabr ayında Avropa İttifaqı ölkələri yedkilliklə Okonyo-İvealanın namizədliyini dəstəklədiyini elan etsə də, Donald Tramp administrasiyası bu prosesi əngəlləyə bilmişdi.

Mart ayının əvvəlində ÜTT-yə üzv ölkələrin Baş Şurasının iclasında yeni baş direktorun təyinatı gözlənilir.

Qeyd edilməlidir ki, təsis edildiyi 1994-cü ildən indiyədək ÜTT-yə rəhbərlik edən şəxslər İrlandiya, İtaliya, Fransa, Yeni Zelandiya, Braziliya və Tailand təmsilçiləri olublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=160745

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031