Dünyada koronavirusa yoluxanların sayı 106 milyonu ötdü – Ölkələrdə son vəziyyət necədir?

07.02.2021 - 14:42

Dünyada koronavirusa yoluxanların sayı 106 milyonu ötüb. Virusdan ölənlərin sayı isə 2.321.376 nəfər olub.

Koronavirusla bağlı ölkələr üzrə son vəziyyət necədir?

ABŞ-da bu günə qədər koronavirusa yoluxma sayı 27,5 milyondan çoxdur. Virus ölkədə 474 minə yaxın insanın həyatına son qoyub. Rəsmilər sürətli şəkildə vaksinasiya prosesini aparmaq üçün müxtəlif yollar axtarır. Məlumata görə, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 40.5 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 12.3%-i edir. Ötən həftənin göstəricilərinə əsasən ABŞ-da gündəlik 1.43 milyon nəfərə peyvənd vurulub. Xatırladaq ki, Birləşmiş Ştatların baş infeksionisti Entoni Fauçini bildirmişdi ki, ölkədə kollektiv immunitetə nail olmaq üçün əhalinin 70-90 faizə qədəri vaksinasiya edilməlidir.

Hindistan da ABŞ kimi koronavirusa yoluxma və ölüm sayına görə ilk sıralardadır. Belə ki, bu günə qədər ölkədə 10,8 milyondan çox koronavirusa yoluxma, 155 mindən çox virusdan ölüm faktı qeydə alınıb.

Bununla yanaşı, ABŞ, Çin, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsrail, və Birləşmiş Ərəb Əmirlikləri kimi Hindistan da dünyada vaksinasiya tempinə görə liderdir.Hazırda Hindistan vaksinlərinə görə ölkələrlə rəqabətə girib. Əgər əvvəllər daha çox Çin, Almaniya, Rusiya vaksinləri haqqında söz açılırdısa, indi artıq Hindistanın istehsal etdiyi vaksinlər də müzakirə olunur. Hindistan Butan, Nepal, Əfqanıstan, Şri-Lanka, Mavrikiya, Oman, Nikaraqua, Afrika və Sakit okean ölkələrinə peyvəndlər göndərməyə başlayıb. BMT-nin baş katibi Antonio Quterreş yanvarın 26-dakı çıxışında Hindistan vaksinini tərifləyib: “Hindistanda istehsal edilən vaksinlərin istehsalının çox yüksək səviyyədə olduğunu bilirəm. Bunun üçün Hindistan qurumları ilə təmasda olduğumuzu, Hindistanın bütün alətlərə sahib olacağına ümid edirik. Peyvəndləmə kampaniyasının dünyada tətbiqində Hindistan vaksinlərinin də xüsusi rolu olacağına inanıram”.

İsraildə isə koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb. Bu günə qədər ölkədə 686,774 yoluxma faktı qeydə alınıb. İsrail sürətli vaksinasiya prosesinə görə dünya ölkələri arasında liderdir. Ölkədə artıq 5.4 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 59.9%-ni təşkil edir. Xatırladaq ki, İsraildə ara-sıra vaksinasiya prosesinin yan təsirləri ilə bağlı məlumatlar da yayılmaqdadır. Bir müddət bundan əvvəl ölkədə vaksinasiya olunanlardan 13 nəfərinin iflic olduğu haqda məlumat yayılmışdı.

İtaliyada koronavirusa bağlı vəziyyət getdikcə yaxşılaşmağa, gündəlik koronavirusa yoluxanların və virusdan ölənlərin sayı azalmağa başlayıb. Bu səbəbdən ölkə rəsmiləri fevralın 1-dən etibarən ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı qərar qəbul edib. Bununla da saat 18:00-dək restoran və kafelərin fəaliyyətinə icazə verilib, muzeylər açılıb, eləcə də regionlararası səfərlər üçün qaydalar sadələşdirilib. Lakin fitnes mərkəzləri, üzgüçülük hovuzları, teatr və kinoteatrlar hələ də bağlı qalır.

İtaliyada koronavirusa qarşı vaksin olunanların sayı iki milyon nəfəri ötüb. Beləliklə, İtaliya Avropa İttifaqı ölkələri arasında virusa qarşı ən çox peyvənd tətbiq edilmiş ölkə olub. Ötən il dekabrın 27-dən başlayan vaksinasiya kampaniyasında peyvənd dozalarının çatdırılmasında ləngimələr olsa da, ölkənin əksər regionlarında yaşlı əhalinin vaksinasiyası uğurla aparılır. Bu vaxtadək əsasən yaşı 80-dən yuxarı şəxslər, ahıllar evlərinin sakinləri və tibbi heyət peyvəndləmə prosesinə cəlb olunub.

Qonşu Rusiyada isə koronavirusdan ölənlərin sayı 76 min nəfər çatıb. Bu günə qədər ölkədə 3,9 milyondan çox yoluxma faktı aşkar edilib. Son bir neçə həftədə ölkədə nə qədər insanın vaksinasiya olunduğu haqda məlumatlar olmasa da, artıq koronavirusa qarşı ikinci peyvəndin qeydiyyatdan keçdiyi haqda açıqlamalar var. Baş Nazirin müavini Tatyana Qolikova peyvənd preparatının təhlükəsiz olduğunu, artıq ilk 60 min dozanın ən yaxın vaxtda istehsal olunacağını vurğulayıb.

Qeyd edək ki, “Sputnik V” adlanan ilk peyvənd bu ilin avqustunda qeydiyyatdan keçib. Bu vaksin artıq bir neçə ölkəyə istehsal olunur. Bununla belə Rusiyada müsəlmanlar arasında “Sputnik V” vaksinin haram olduğu haqda fikirlər gəzirdi və bu səbəbdən müsəlmanlar adı çəkilən vaksindən imtina etmək istəyirdi. Lakin bu günlərdə Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi İldar Alyautdinov “Vaksinin tərkibində donuz jelatini və ya hər hansı bir insan komponenti (hüceyrəsi) yoxdur. İlk baxışdan İslam nöqteyi-nəzərindən qadağan edilmiş bir şeyin olmadığını söyləyə bilərik” deyə açıqlama verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160777

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930