cumhuriyyet.net
Tbilisinin ən böyük bazarında yanğın olub • Cumhuriyyət
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən ən böyük qeyri-ərzaq bazarı olan “Lilo”da yanğın baş verib. “Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarında bazarın inzibati binasında qeydə alınan yanğın daha sonra bir neçə mağazaya yayılıb. Əraziyə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın hazırda lokallaşdırılıb. Alovun tam aradan qaldırılması üzrə işlər davam etdirilir. Hadisə zamanı xəsarət alan olmayıb. […]
nesimi