Türkiyədə “Evdə qal!” rejimini pozan 32 min 181 nəfər cərimə olunub
Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən 56 saatlıq “Evdə qal!” rejimi fevralın 8-də saat 5:00-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
Daxili İşlər Nazirliyinin məlumatına görə fevralın 1-dən 8-dək tətbiq olunan məhdudiyyət rejimini pozduqlarına görə, 32 min 181 nəfərə cərimə tətbiq olunub.
Qeyd edək ki, Türkiyədə məlum infeksiyaya qarşı Çindən alınan “Sinovac” vaksinini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir. İlkin mərhələdə hər şəxsə 28 günlük fasilə ilə iki doza vaksinin vurulması planlaşdırılır. Vaksin olunan vətəndaşlara bu həftədən başlayaraq ikinci dozanın tətbiqi nəzərdə tutulub. Vaksinləşmə könüllü əsasda həyata keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=160838