Ağ Evin işarə dili tərcüməçisi Trampı dəstəklədiyinə görə qovuldu və alçaldıldı

08.02.2021 - 17:30

ABŞ prezident administarsiyasında lal, kar və zəif eşidən vətəndaşlar üçün işarə dili tərcüməçisi vəzifəsində çalışan qadın məmur işdən qovulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzetində məlumat yayılıb.

Qəzetin informaisiyasına əsasən, qadın tərcüməçinin mühafizəkar siyasi qrupların reklam videoçarxlarında da tez-tez görünməsi işinə son verilməsində böyük rol oynayıb. Hizer Myuşou isə məhz keçmiş prezident Donald Trampı dəstəklədiyinə görə öz postunu itirdiyinə əmin olduğunu söyləyib və alçaldıldığını bildirib.

Qeyd etmək lazımdır ki, tərcüməçi qadın həmişə Donald Trampın mitinqlərində, onun yanında, başında məşhur “Amerukanı yenidən böyük edək” şüarı yazılmış qırmızı rəngli şapkası ilə görünürdü. Bir çoxları onu hətta respublikaçı prezidentin təbliğat kampaniyasının vizit kartı adlndırırdı. Lakin sosial şəbəkələrdə Hizer Myuşou xüsusilə Demokrat partiyasından olan vətəndaşlar tərəfindən təzyiqə məruz qalıb. Hətta ABŞ-ın kar aktyor və modeli Nayl DiMarko onun işdən qovulması üçün onlayn-petisiya belə hazırlayıb. Həmin petisyanı 9 min mindən çox vətəndaş imzalayıb.

Qadın tərcüməçi siyasi baxışlarının işinə heç bir əngəl törətmədiyini söyləyib. “Mənim bütün fəaliyyətim informasiyanı əlçatan etməkdir. Mənim üçün onun kim tərəfindən, istər respublikaçı, istər demokrat, istər heteroseksual, stərsə də homoseksual olsun, verilməsindən asılı olmayaraq insanlara çatdırmaqdır,” – deyə o, qəzetə danışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=160882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728