Bayden Trampın mindiyi “Vəhşi”ni elektrokarla əvəz edəcək FOTO

08.02.2021 - 17:32

Xəbər verildiyi kimi, ABŞ-ın 46-cı prezidenti Co Bayden milli avtomobil sənayesində əsas prioritetləri bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, prezident bundan sonra elektrik motorlu maşınlara üstünlük verəcəklərini açıqlayıb.

Qərb mətbuatı bununla bağlı olaraq Birləşmiş Ştatların dövlət başçısının bütün dünyada şöhrət qazanmış “The Beast” (Vəhşi-red.) limuzininin dəyişdiriləcəyi proqnozunu verib.

 

Qeyd etmək lazımdır ki, “General Motors” şirkətinin istehsalı sayılan və “Cadillac” tipli limuzunlərdən hesab olunan həmin avtomobil 1993-cü ildən bəri ABŞ prezidentlərinin ixtiyarındadır. “Vəhşi”nin son versiyası isə 2018-ci ildə Donald Trampa təqdim olunub. Yeni maşın “GMC TopKick” yük avtomobilinin platformasında hazırlanıb və ən yüksək kateqoriyada zirehlə təmin edilib. Avtomobilin ümumi çəkisi 6800 kiloqramdan çoxdur. Prezident Co Bayden “The Beast”dən istifadəni davam etdirə, ya da yeni limuzin sifariş edə bilər.

ABŞ mətbuatı ölkənin 1№-li avtomobilini elektrik versiyasının artıq təsvirini belə verib . “GM Authority” jurnalı “Vəhşi”nin 2020-ci ilin avqustunda nümayiş etdirilən “Cadillac Lyriq” elektrik krossoverinə bənzəyəcəyini iddia edib. Nəzərə alınsa ki, Bayden bütün ölkə məmurlarını elektrokarlara mnməyə məcbur etmək istəyir, bu ideya olduqca real görünür.

Short URL: http://www.cumhuriyyet.net/?p=160886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728