Rusiyada koronavirusdan ölənlərin sayı gizlədilir – Ötən il 163 mindən çox insan vəfat edib

09.02.2021 - 10:33

Rusiyada COVID-19 virusuna yoluxmadan ötən il ölənlərin sayı əvvəllər düşünüldüyündən iki dəfə çox olub. Rusiya dövlət statistika idarəsi – “Rosstat”ın fevralın 8-də açıqladığı məlumatına görə, 2020-ci ildə koronavirusdan 162 min 429 rusiyalı vəfat edib. Rusiya ötən il bu virusdan ölüm sayına görə dünyada üçüncü olub.

Lakin elə fevralın 8-də hökumətin koronavirus işçi qrupunun açıqladığı məlumata görə, 2020-ci ildə ölənlərin sayı 77 min 68 nəfər olub. Bura ötən ay və bu ayın da göstəriciləri daxildir.

“Rosstat” ölənlərin statistikasına virusun ölümün əsas səbəbi olmadığı halları da daxil edib. Hökumətin işçi qrupu isə statistikaya yalnız koronavirusun ölüm səbəbi kimi təsdiq edilmiş halları salıb.

Rusiyada koronavirusdan ölüm hallarının belə hesablanması Qərbdə tənqidlərlə üzləşib. “Rosstat”ın məlumatına görə, ötən apreldən bəri ən yüksək ölüm rəqəmi dekabrda qeydə alınıb – 44,435. Bu həmin vaxtlar idi ki, Rusiya rəsmiləri gündəlik yoluxmaların 27 minə çatdığını bildirirdilər.

“Rosstat”ın rəqəmlərindən bu da məlum olur ki, ötən il bütün ölümlərin sayı 2019-cu illə müqayisədə 323,800 nəfər və ya 18 faiz çox olub. Bu göstəricilərdən görünür ki, Rusiya əhalisi 2020-ci ildə son 15 ilin ən çox azalmasına məruz qalıb. Rusiya bu yaxınlarda bir sıra karantin məhduduiyyətlərini yumşaldıb. Moskva iddia edir ki, epidemioloji vəziyyət yaxşılaşıb. Paytaxt meri Sergey Sobyanin gecə klublarının və restoranların açılmasına icazə verib. İndi Rusiyada teatrlara, kinoteatr və konsert zallarına daha çox tamaşaçı buraxılır. Şagird və tələbələr məktəb və universitetlərə qayıdıblar.

Rusiyanın rəsmi rəqəmlərinə görə pandemiyanın əvvəllərindən ölkədə COVID19-a 3.9 milyon yoluxma olub. Bu, Con Hopkins Universitetinin hesablaması ilə dünya üzrə 5-ci ən yüksək göstəricidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160923

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31