Koçaryanın tərəfdarını vəhşicəsinə döydülər
Ermənistanda naməlum şəxslər keçmiş prezident Robert Koçayanın qatı tərəfdarlarından olan Çaturyan adlı aktivistə hücum ediblər. Azvision.az xəbər verir ki, hadisə Çarençavanda Arutyun Çaturyanın mənzilinin girişində baş verib.
Avtomobilini həyətdə saxlayan Çaturyan evə daxil olmaq istəyərkən binanın girişində hücuma məruz qalıb, onun başına bir neçə dəfə küt alətlərlə zərbələr endirilib. İnsident bir neçə nəfər tərəfindən törədilib. Çaturyan açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumatda onun tərəfdarının vəziyyətinin sabit olduğu, həyatı üçün ciddi təhlükənin olmadığı bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=160942