Trampın vəkilləri impiçment prosesini “siyasi teatr” adlandırıb

09.02.2021 - 15:05

ABŞ Senatında Demokrat və Respubikaçılar partiyalarının fraksiya rəhbərləri Çak Şumer və Mitç Makkonel keçmiş prezident Donald Trampla bağlı impiçmenti ilə bağlı prosedurun formatı barədə razılığa gəliblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb.

Çak Şumer dinləmələrin ədalətli və dürüst şəkildə həyata keçiriləcəyini söyləyib.

Əldə olunan razılığa görə, Tramp üzərində proses bu ilin fevral ayının 9-da başlayacaq. Keçmiş dövlət başçısına impiçment tətbiq olunmasının qanuni olub-olmadığı barədə müzakirələrə 4 saat ayrılacaq. Qeyd etmək lazımdır ki, Donald Trampın vəkili ümumiyyətlə prosesin özünü konstitusiyaya zidd hesab edir. Onların fikrincə, vəzifəsini tərk etmiş fərdi vətəndaşa bu cür prosedur tətbiq olunması qəti yolverilməzdir. Lakin demokratlar işdən çıxarılan yüksək bürokratlara, hətta məhkəmə hakimlərinə qarşı bənzər proseslərin gerçəkləşdirildiyinə dair onlarla presedent gətirirlər.

Həmin debatlardan sonra səsvermə keçiriləcək. Əgər burada impiçmentin ABŞ konstitusiyasına uyğunluğu barədə qərar çıxsa o zaman tərəflərə 16 saatlıq çıxışlar üçün 2 gün vaxt veriləcək. Çıxışlardan sonra isə senatorlara əlavə suallar vermək üçün 4 saat zaman ayrılacaq. Bundan başqa, Senat üzvləri başqa sənədlərin gətirilməsi, habelə şahidlərin çağırılmasına da səs verə biləcəklər. Yekunda son söz üçün ittiham və müdafiə tərəfləri 4 saat vaxt alacaqlar.

Donald Trampın vəkilləri Brüs Kastor və Devid Şon yazılı mətn göndərərək Senatdakı hadisəni “demokraitya və insan hüquqlarına təhlükə törədən siyasi teatr” adlandırıblar. Onların sözlərinə görə, bu ilin yanvar ayının 6-da Tramp tərəfdarlarının Konqresə qarşı hücumuna görə keçmiş prezidenti suçlamaq və ona qarşı ikinci impiçment qaydasını tətbiq etmək əbəsdir. Çünki Ağ Evin sabiq rəhbəri heç kimi Kapitoli təpəsinə hücum etməyə çağırmayıb.

\Lakin demokratlar Donald Trampın tvitterdə “şeytan kimi vuruşacağıq” (fight like hell) kimi sözlərni xatırladıblar. Eks prezidenitn müdafiə tərəfini fikrincə, bunu hərfi deyil məcazi mənada, yəni “sona qədər mübarizə aparacağıq” kimi başa düşmək lazımdır. Üstəlik, prezidentin çıxışındakı “fight” (savaşmaq) kəlməsini zorakılıq aktını təşviq etmək kimi başa düşmək olmaz.

Short URL: http://www.cumhuriyyet.net/?p=160974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728