Faciəvi şəkildə vəfat edən basketbolçu Kobi Brayantın qızı modelliyə başladı – FOTO

10.02.2021 - 16:31

Keçən il helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayantın böyük qızı Natalya, bu yaxınlarda ilk modellik müqaviləsini imzalayıb. Yanvar ayının sonunda 18 yaşı tamam olan qız artıq Bella və Cici Hadid, Haydi Klum, Karli Kloss və digər dünya ulduzları ilə işləyən nüfuzlu “IMG Models” agentliyi ilə əməkdaşlıq edəcək.

“Spletnik”in məlumatına görə, bu barədə model agentliyinin “Instagram” hesabında bildirilib.

“Mən uşaq vaxtlarından moda ilə maraqlanmışam. Mənim bu sahəyə xüsusi məhəbbətim var. Özümü tanıyandan model olmaq arzusu ilə yaşamışam”, – deyə Natalya öz hesabından yazıb.

İstifadəçilər gənc qızı təbrik edərək, onun uğurlu model olacağına əminliklərini bildiriblər.

Xatırladaq ki, Natalyanın atası Kobi Brayant və kiçik bacısı Cianna 2020-ci ilin yanvar ayında Kalabasasda aviaqəzada həlak olub. Həmin vaxt basketbolçunun 41, Ciannanın isə 13 yaşı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161121

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031