Bayden: “ABŞ dünya arenasında yalnız son məqamda güc tətbiq etməlidir”

11.02.2021 - 11:13

Birləşmiş Ştatlar dünya arenasında, istisna hallar olmadığı müddətdə, hərbi gücün tətbiqindən qaçmalıdır.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Pentaqonu ziyarət edərkən deyib.

“ABŞ Müdafiə Nazirliyinin mərkəzi və ayrılmaz missiyası düşmənlərimizin təcavüzünün qarşısını almaqdan və ehtiyac yaranacağı halda, Amerikanın təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar aparmaq və qalib gəlməkdən ibraətdir. Hesab edirəm ki, güc tətbiqi atılacaq sonuncu addım olmalıdır, birinci deyil”, – amerikalı lider belə deyib.

Bununla yanaşı, Bayden ali baş komandan kimi “lazım olacağı halda, Amerika xalqının və dünyadakı müttəfiqlərinin həyati maraqlarını qorumaq üçün güc tətbiq etməkdə heç vaxt tərəddüd etməyəcəyini” də vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=161170

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728