Rusiyada üç məktəbli qız eyni vaxtda intihar etmək istəyib
Rusiyada üç məktəbli eyni vaxtda intihara cəhd edib.
APA nın Moskva müxbirinin yerli KIV-ə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında 13 yaşlı üç məktəbli qız özlərinə sui-qəsdə əl atıb. Lakin onların həyatını xilas etmək mümkün olub. Qızlar xəstəxanaya yerləşdirilib.
İntihara cəhd hadisəsinin hansı səbəbdən və hansı vəziyyətdə baş verdiyi araşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=161212