Gürcü oğruları Avropa İttifaqını təngə gətirib – Vizasız rejim ləğv oluna bilər

11.02.2021 - 16:23

Avropa boyunca İtaliya, Fransa, Polşa, Belçika, Sloveniya və Yunanıstan hüquq-mühafizə orqanlarının genişmiqyaslı “Qanuni oğru” və “Bratva-35” əməliyyatlarının gedişində Gürcüstandan olan 45 nəfər həbs edilib. Həbs edilənlərin hamısı ev oğurluğunda və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, əməliyyat bu ölkənin Avropa dövlətlərindəki polis attaşelərinin bilavasitə iştirakilə həyata keçirilib. Tbilisidən verilən bəyanatda bu əməliyyatlar gürcü kriminal dəstələrinə qarşı tədbir adlandırılır.

Gürcüstan DİN bildirir ki, son bir neçə il ərzində Avropa İttifaqında oturuşmuş cinayətkarlar barədə bütün məlumatı Brüsselə veriblər. Bura onların barmaq izləri, fotoşəkilləri və sair məlumatlar da daxildir. Gürcüstan bu ölkənin kriminal elementləri barədə məlumatları vaxtaşırı Avropa İttifaqı orqanlarına təqdim edir.

Bu da qeyd olunur ki, Gürcüstan əsilli şəxslər Avropa İttifaqı ölkələrində əsasən ev oğurluğu ilə məşğul olurlar.

Tbilisi Gürcüstan vətəndaşları ilə bağlı problemlərin bu ölkənin Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin ləğv olunması ilə nəticələnə biləcəyindən narahatdırlar. Belə bir addımın atılması barədə təşəbbüslə indiyədək Fransa, İtaliya və Almaniyanın daxili işlər orqanları çıxış ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=161233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930