Estoniyanın Baş naziri: Koronavirusa yoluxma göstəriciləri gözləntilərin əksinə olaraq yüksəlib

12.02.2021 - 11:13

Estoniyanın Baş naziri Kai Kallas COVID-19-a yoluxma göstəricilərinin hökumətin gözləntilərinin əksinə olaraq yüksəldiyini söyləyib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, xanım Baş nazir ötən gün deputatların suallarını cavablandırarkən yoluxma göstəricilərinin artdığını, 24 saat ərzində 798 nəfərin testlərinin nəticələrinin müsbət olduğunu, 449 nəfərin isə xəstəxanada müalicə aldığını bildirib.

“Bütün rəqəmlər vəziyyətin heç də yaxşı olmadığını göstərir”, – deyə K.Kallas əlavə edib.

Baş nazir digər ölkələrin təcrübəsinə əsasən tam məhdudiyyətlər tətbiq edildikdə COVID-19-a yoluxma göstəricilərinin aşağı düşdüyünü, lakin məhdudiyyətlər aradan qaldırıldıqdan sonra insanların məsuliyyətsiz davranışları səbəbilə yenidən artmağa başladığını vurğulayıb.

“Rəqəmlərə nəzarət edə bilməyimiz üçün insanların özləri onlara verilən sadə tövsiyələrə riayət etməlidir. Hökumət ilk növbədə COVID-19-a yoluxma göstəricisini 500 səviyyəsinə çatdırmaq istəyir. Lakin biz bu səviyyəyə çatmağa imkan verən istiqamətdə hərəkət etmirik”, – deyə K.Kallas bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=161262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728