DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR: ABŞ bombardmançı təyyərələri Rusiyayanın hava məkanına girdi?

12.02.2021 - 15:54

ABŞ Norveçə B-1 bombardmançı təyyarələr göndərir.

Musavat.com Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə “CNN International” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ-ın yeni prezidenti Co Bayden Rusiyaya açıq şəkildə mesaj vermək qərarına gəlib.

CNN-nin Pentaqon müxbiri Barbara Starr Texasdakı Dyess Hava Bazasından B-1-lərin 200 əsgərlə birlikdə yaxın 3 həftə ərzində Norveçdəki Orland Hava Bazasına göndəriləcəyini bildirib.

Döyüş təyyarələrinə verilən tapşırıq Şimal qütb dairəsi və Rusiyanın şimalındakı beynəlxalq hava məkanına daxil olmaqla bağlıdır.

Müxbir qeyd edib ki, indiyədək qütblərdəki hərbi vəzifələri daha çox İngiltərə yerinə yetirirdi, indi isə ABŞ Rusiyanın ehtimal olunan hücumlarına qarşı cavab vermək üçün hərəkətə keçib.

Bildirilib ki, Pentaqon Rusiyanın Şimal qütb dairəsini hərbiləşdirməsi və təbii sərvətləri əldə etməsi və mümkün giriş yollarını bağlamasından ciddi şəkildə narahatdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=161301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728