Peskov Lavrovun Avropa Birliyi haqqında sözlərinə aydınlıq gətirməli olub və mətbuatı suçlayıb
“Rusiya heç bir zaman Avropa Birliyi ilə münasibətlərin kəsilməsinin təşəbbüskarı olmayacaq. Mətbuat isə xarici işlər naziri Sergey Lavrovun sözlərinin mənasını təhrif edib”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Rusiya prezidentiinin mətbuat katibi Dmitri Peskov tərəfindən sələndirilib.
Qeyd etmək lazımdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Vladimir Solovyovun “Youtube” kanalına verdiyi müsahibədə sanksiyaların tətbiq olunması və bunu Rusiya iqtisadiyyatının həssas sahələrinə zərbə vurması halında Avropa İttifaqı ilə münasibətləri kəsə biləcəklərinin anonsunu vermişdi. Sergey Lavrov bundan sonra rəsmi Brüsseli bərabərtərəfli əməkdaşlığa dəvət eidb.
“Mətbuat hər hansı sözü konkteksdən çıxararaq sensasion başlıq yaratmağı sevir, bu isə böyük bir yanlışlıqdır. Sergey Lavrovun sözlərinn mənası ondan ibarətdir ki, biz əslində münasibətlərin kəsilməsini istəmirik. Lakin əgər Avropa Birilyi bu yolu getsə, biz hər şeyə hazırıq. Ona görə ki, biz ən pisinə belə hazır olmalıyıq”,-deyə o qeyd edib.
Dmitri Peskov isə mətbuatın bu məsələdə qızışdırıcı rol oynadığını iddia eidb.
“Kütləvi informaisya vasitələri nazirin sözlərini təhrif edərək, sanki Rusiyanın AB ilə əlaqələri qoparmaq istəməsi kimi başlıq çıxarır”,-deyə Rusiya rəsmisi medianı qınayıb.
Qeyd etmək lazımdır ki, bununla bağlı Qərbdən reaksiya da özünü çox gözlətməyib. Almaniya xarici işlər nazirliyinin sözcüsü Andrea Zasse Sergey Lavrovun sözlərinin qəribə və anlaşılmaz olduğunu bildirib.
Andrea Zasse alman nazir Hayko Maasın hələ bu həftənin 3-cü günü, Bundestaqda rəsmi Moskva ilə əməkdaşlıqda maraqlı olduqları barədə sözlərini xatırladıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=161330