Çin Honkonqda seçki reformuna başladı: AB və ABŞ qarşı çıxdı
Çin Honkonqun qanunverici sistemində reformlara getmək istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədrinin müavini Van Çen deyib.
“Biz seçicilər komissiyasının formalaşdırma nizamını və səlahiyyətlərini gücləndirməyə hazırlaşırıq. Reform antiçin qüvvələrin Honkonqda hakimiyyəti ələ keçirmə risklərin ortadan qaldırılması üçün vacibdir. Honkonqu honkonqluların əsas güc olaraq idarə etməsini təmin etmək lazımdır. Bir ölkə, iki sistem prinsipinin reallaşdırılmasını zəmanət altına almaq lazımdır”, – deyə o bildirib.
Çinin bu bəyanatına Avropa Birliyi və ABŞ çıxıb. AB-nin Xarici Siyasət Xidməti bu reformların neqativ siyasi və iqtisadi nəticələrə gətirib çıxarcağını bildirib. ABŞ isə Çini Honkonqda beynəlxalq öhdəliklərini icra etməyə çağırıb. Vaşinqton Honkonqda seçki reformunun bölgənin muxtariyyatına hücum olduğunu deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=161736