İran gəmisi Aralıq dənizində hücuma məruz qalıb

13.03.2021 - 00:39

İranın “IRISL” dövlət şirkətinə məxsus konteyner gəmisi Aralıq dənizində baş vermiş partlayış nəticəsində zərər görüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Şirkətin rəsmi nümayəndəsi Əli Qiasinin bildirdiyinə görə, insident zamanı İran bayrağı altında üzən “Shahr-E-Kord” gəmisinə ciddi ziyan dəyməyib. Partlayış nəticəsində gəmi heyəti də xəsarət almayıb.

Qiasi bu hadisəni dəniz quldurluğuna bərabər terror aktı adlandırıb: “Bu cür terror aktları dəniz quldurluğuna bərabərdir və ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq qanuna ziddir. Cinayətkarların müvafiq beynəlxalq qurumlar vasitəsilə müəyyənləşdirilməsi üçün qanuni tədbirlər görüləcək”.

Məlumata görə, konteyner gəmisi Avropaya istiqamət alıbmış, ancaq hazırda təmir üçün İrana qayıdır. İran tərəfi gəminin hələlik bilinməyən silahlılar tərəfindən qəsdən hədəf alındığı qənaətindədir.

Qeyd edək ki, bundan iki həftə əvvəl Oman körfəzində İsrail məxsus gəmi partladılmışdı. İsrailin baş naziri Benjamin Netanyahu bunun arxasında İranın dayandığını iddia etsə də, rəsmi Tehran bu ittihamı rədd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=161768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728