Rusiya: ABŞ bu regionda raket yerləşdirsə, cavab verəcəyik
Əgər ABŞ Asiya-Sakit okean regionunda orta və yaxın mənzilli raketlər yerləşdirsə, Rusiya milli təhlükəsizliyinin təminatı üçün tədbirlər görəcək.
Axar.az bildirir ki, bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşıb.
“Hadisələrin bu cür inkişafı nə ABŞ, nə də onun müttəfiqlərinin təhlükəsizliyini gücləndirəcək. Əksinə, əlavə raket təhdidlərinin meydana çıxması, bizim tərəfimizdən də reaksiyalara gətirib çıxaracaq”, – deyə o bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=161772