Türkiyədə karantin rejimi daha da sərtləşdirildi

03.04.2021 - 09:52

 

Türkiyədə karantin rejimi daha da sərtləşdirildi

 

Bu gündən etibarən Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirilir.

Bu qadağalar çərçivəsində ölkənin 58 vilayətində həftəsonu “evdə qal” rejimi şənbə və bazar günləri tətbiq ediləcək. Belə ki, bu vilayətlər Türkiyənin COVID-19 xəritəsində yüksək risk qrupuna daxil olub. Bu şəhərlərdə “evdə qal” rejimi cümə günü 21:00-dan bazar ertəsi 05:00-dək davam edəcək.

Yüksək risk qrupuna daxil olan şəhərlər arasında paytaxt Ankara, Antalya, İstanbul, İzmir kimi böyük şəhərlər də var.

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqladığı son həftənin statistikasına əsasən, ölkənin 81 vilayətinin hər birində yoluxma saylarında artım var. Ən çox artım olan şəhərlər arasında İstanbul da yer alır. Ölkənin COVID-19 xəritəsində əvvəlcə narıncı rənglə göstərilən şəhər, sonradan qırmızı rənglə işarətlənərək üçüncü pik həddə çatıb. Artan xəstə sayı xəstəxanalara da öz təsirini göstərir.

Tibb müəssisələrinin COVID-19 bölmələrində sıxlıq müşahidə edilir. Mütəxəssislər bunu SARS-CoV-2 virusunun yeni variantının ölkə ərazisində yüksək sürətlə yayılması ilə izah edirlər.

Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 42 min 308 nəfərin COVID-19 testi pozitiv çıxıb, 179 nəfər isə xəstəlikdən həyatını itirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=161929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728