Super Liqa klublarında koronavirusa 19 yoluxma

03.04.2021 - 09:58

 

Super Liqa klublarında koronavirusa 19 yoluxma

 

Türkiyə Super Liqasında 3-5 aprel aralığında 32-ci turun oyunları keçiriləcək.

Milli komandaların oyunlarına görə yaranmış fasilədən sonrakı ilk turun qarşılaşmaları öncəsi iştirakçı klubların kollektivləri koronavirus testindən keçiblər.

Bu oyunlar ərəfəsində Super Liqa iştirakçıları arasında bütövlükdə 16 yoluxma faktı qeydə alınıb. 21 klubdan yeddisində COVİD-19 testi pozitiv çıxan futbolçular aşkarlanıb. Ən çox yoluxma halı “Fənərbaxça”dadır.

Türkiyə Futbol Federasiyası 3 hakimin də koronavirus testinin pozitiv çıxdığını açıqlamışdı. Onları da nəzərə alsaq, Super Liqada hazırda koronavirus testi pozitiv çıxan 19 şəxs var.

Fənərbağça – 5 yoluxma
Yeni Malatyaspor – 4
Beşiktaş – 2
Qalatasaray – 2
Başakşəhər – 1
Gənclərbirliyi – 1
Rizəspor – 1

Short URL: http://www.cumhuriyyet.net/?p=161933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728