Yüksək vəzifəli məmurun güllələnmiş meyiti tapıldı – FOTO

03.04.2021 - 10:03
Yüksək vəzifəli məmurun güllələnmiş meyiti tapıldı - FOTO

 

Türkiyədə vəzifəli şəxsin güllələnmiş meyiti tapılıb.

Aydın bölgəsinin Kuyucak rayonunun rəhbəri (kaymakamı) olan Yılmaz Kurt ötən gün müəmmalı şəkildə yoxa çıxıb və telefonlarını söndürüb. Yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı polisə müraciət edib. Az sonra isə Yılmaz Kurt mühafizəçisi və ailə üzvərinə mesaj yazaraq onlarla vidalaşıb və halallıq istəyib.

Bundan sonra İ.Kurtun axtarışları daha da sürətləndirilib və onun avtomobilinin Didim adanan ərazidəki meşəlikdə olması müəyyənləşib. Avtomobiə baxış keçirən polislər İ.Kurtun başından aldığı güllə yarasından öldüyünü müəyyənləşdirib. Bəlli olub ki, atəş İ.Kurta məxsus xidməti tapançadan açılıb. Onun intihar etməsi və ya başqa cinayətin qurbanı olması hələlik dəqiq bilinmir.

1976-cı il təvəllüdü vəzifəli şəxsin ölümü ilə bağı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=161937

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728