“Hitler sağdır, türkləri də yəhudilər kimi…” – Skandal məktub

10.04.2021 - 10:34
“Hitler sağdır, türkləri də yəhudilər kimi...” - Skandal məktub
Hollandiyanın Almere şəhərindəki Ömər ibn əl-Xəttab məscidinə “Müsəlmanlar diri-diri yandırılmalıdır” qeydi olan anonim təhdid məktubu göndərilib.
Son 6 ildə sözügedən məscidə 3 dəfə hücum təşkil edilib.
Məlumatda bu dəfə məscidə təhdid dolu bir məktubun göndərildiyi deyilib.
Göndərilən məktubda aşağıdakı ifadələrə yer verilib:
“Müsəlmanlar günahkardırlar və diri-diri yandırılmalıdırlar. Bütün məscidlər yandırılmalıdır. Bütün mərakeşlilər və türklər ölkəni tərk etməlidirlər, əks təqdirdə Auşvitsdəki yəhudilər kimi qaz içində boğulacaqlar. Yaşasın zəfər. Adolf Hitler hələ sağdır”.
Məscid vəqfinin rəhbərlərinin polisə şikayət etdiyi və polisin hadisəni araşdırdığı bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=162168

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728