Kim Çendən ACLIQ ETİRAFI: Ağır günlərə hazır olun!

10.04.2021 - 17:56

 

Kim Çendən ACLIQ ETİRAFI: Ağır günlərə hazır olun!

 

Şimali Koreya lideri Kim Çen İn ölkədə ərzaq böhranının olduğunu etiraf edib və xalqı ağır günlərə hazırlaşmağa çağırıb.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri ölkədəki vəziyyəti 90-cı illərdə bir neçə milyon insanın ölümünə səbəb olan aclıqla müqayisə edib.

“Hazırda koronavirus səbəbindən Çindən ölkəyə ərzaq gətirilməsi demək olar ki, dayandırılıb. Ötən il isə Şimali Koreya iki qasırğadan əziyyət çəkdi. Kəskin hava şəraiti böyük ölçüdə əkin sahələrini məhv etdi ki, bu da ölkədə ərzaq qıtlığının yaranmasına səbəb oldu. Şimali Koreyanın kənd əhalisinin əsas qida mənbəyi olan qarğıdalının kilosunun qiyməti aylıq maaşdan çoxdur. Artıq ölkədə aclıqdan ölüm xəbərləri gəlir, uşaqlar, qocalar küçələrdə dilənçilik edir”, – BBC yazıb.

Kanal qeyd edir ki, fəlakətli vəziyyətə baxmayaraq, Pxenyan yardım təklifindən imtina edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930