“2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” – TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilər zamanı Respublikaçılar Partiyasının qələbəsinə əmin olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Əminəm ki, 2022-ci ildə biz Nümayəndələr Palatası və Senat üzərində nəzarəti geri qaytaracağıq. 2024-cü ildə isə Ağ Evi Respublikaçı namizəd qazanacaq”, – deyə Tramp bildirib.
O, həmçinin partiyasından olan namizədləri dəstəkləyəcəyini, lakin prezident seçkilərində iştirak edəcəyinə təminat verəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=162210