İqlim dəyişikliyi müharibəyə səbəb olur – ARAŞDIRMA

14.04.2021 - 16:17

 

İqlim dəyişikliyi müharibəyə səbəb olur - ARAŞDIRMA

 

Tədqiqatçılar dünya tarixində iqlim dəyişikliyi ilə müharibə arasında əhəmiyyətli korrelyasiya tapıb.

Qlobal istiləşmənin bəşəriyyət üçün təhlükəli olduğuna işarə edən məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. Tarixçilər Koreya yarımadasında eramızdan əvvəl 660-cı illərdə eyni vaxtda mövcud olan üç dövlətin quraqlıq və ya şiddətli yağış kimi ekstremal hava şəraitindən təsirləndikləri zaman qonşuları ilə müharibəyə başlama ehtimalının iki dəfədən çox olduğunu müəyyənləşdirib. Korrelyasiya “Samguk” dastanının – üç dövlətin dövrünə aid tarixi qeydlərin təhlili əsasında aşkar edilib: Koquryeo, Pekçe və Silla.

Eyni zamanda, təbii fəlakətlərdən əziyyət çəkən dövlətlər də düşmən ərazisinə hücuma keçməkdən daha çox işğal təhlükəsi ilə üzləşib. Bunun səbəbi kimi ölkədə ərzaq təhlükəsizliyi böhranının yaşanması və bu vəziyyətin düşmən işğalını asanlaşdırması göstərilib.

Alimlərin fikrincə, tədqiqatın nəticələri xüsusilə iqlimlə əlaqəli həssas ölkələrdə yaşayan xalqları qorumağa kömək edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=162273

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728