Məşhur professor vaksin müharibəsinə dair bütün gerçəkləri AÇDI

14.04.2021 - 21:02

 

Məşhur professor vaksin müharibəsinə dair bütün gerçəkləri AÇDI

 

Avropa İttifaqının 27 ölkəsində yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlərə pasport veriləcək. Bu pasportlar Avropa ölkələrinə daha rahat səyahət etmək imkanı qazandıracaq. Bunlar “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” peyvəndləridir.

Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan Çinin “Sinovac” və Rusiyanın “Sputnik V” peyvəndlərinin Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməmə və onlara peyvənd pasportlarının verilməsinin əsas səbəblərini açıqlayıb.

Professor bunun kökündə ticari amillərin dayandığını qeyd edib.

“Başqa bir məsələ Çindən bioloji məhsul alarkən məlumatların açıqlanmamasıdır. Ölkələr məlumatları özləri açıqlamaq məcburiyyətində qaldı. Peyvəndin mutant virusa qarşı təsirinin azalıb-azalmamasını müəyyənləşdirmək üçün təzyiq var idi. Amma Çində bunun üzərində çalışmırlar. Qorxurlar ki, koronavirusa qarşı hazırlanmış peyvəndlərin mutant virusa qarşı effektiv olmadığı aydınlaşar və vaksinlər əllərində qalar. Çinin bu sistemi səbəbilə oradan gələn vaksinlərə güvənmirlər. Rusiya da eyni şəkildə davranır. Etiraf etmək lazımdır ki, peyvənd bazarında daha çox pay almaq mövzusunda da ciddi mübarizə gedir. Çünki digər peyvəndlər Avropa və Amerikada istehsal olunur.

“Sinovac” və “Sputnik V” peyvəndləri siyahıya daxil edilmədiyi üçün peyvənd olunan şəxslər 48 saat içində koronavirus testi etdirməlidirlər, neqativ cavab çıxdıqdan sonra isə Avropa ölkələrinə səyahət edə biləcəklər. Onların qəbul etdiyi peyvəndləri etdirsəniz, belə bir məcburiyyət yoxdur, istədiyiniz zaman təyyarəyə minib səyahət edə bilərsiniz. Peyvənd pasportunun ilk gündəmə gəldiyi zaman belə bir nəticənin olacağı məlum idi. Açıqladılar ki, Çin və Rusiya peyvəndləri təsdiqlənmədikcə bir meyar kimi qəbul edilməyəcək”.

Ekspert Çin və Rusiya vaksinlərinin EMA-nın vaksin siyahısında təsdiqlənəcəyinə dair ciddi şübhələri olduğunu diqqətə çatdırıb:

“Avropa ölkələrində daha çox “Biontech” peyvəndi istifadə olunur. Uşaqlarda da peyvənd sınaqlarına başlanılıb, bu araşdırmaların nəticələri payız aylarında bəlli olacaq. Hazırda bu istiqamətdə “BioNTech”, “Moderna” və “Johnson&Johnson” araşdırmalar yürüdür. “Sinovac”ın belə bir tədqiqat aparacağını düşünmürəm. Uşaqların vaksinasiyasında təsiri təsdiqlənməmiş vaksinləri istifadə edə bilmərik. Uşaqlar üçün hazırlanan vaksin şirkətləri ilə əməkdaşlıq etməliyik. Əks halda uşaqlar üçün vaksin çıxdığı zaman əldə edə bilməyəcəyik. “Sinovac”ın bir dezavantajı budur. “Bu məlumatı yeniləyin”, “Mutasiyalara qarşı təsirli olduğunu öyrənin” deyirik, amma baxmırlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31