CİDDİ TƏHLÜKƏ: Bu uşaqlar insult keçirə, iflic ola bilərlər

15.04.2021 - 08:54

 

CİDDİ TƏHLÜKƏ: Bu uşaqlar insult keçirə, iflic ola bilərlər

 

Beynəlxalq tibb ekspertlərinin icmalı göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda insulta qədər beyin zədələnməsi yarana bilər. Bundan başqa, xəstəlikdən əsəb hüceyrələri və onurğa da ziyan çəkə bilər.

Alimlərin tədqiqatının nəticələrini “The Lancet” nəşri dərc edib. Tədqiqatda 38 uşaq iştirak edib, alimlər MRT-nin (Maqnit Rezonans Tomoqrafiya) köməyi ilə virusun mərkəzi sinir sisteminə mənfi təsirini müəyyən edə biliblər.

Xəstələrin bir çoxunda onurğa, sinir köklərinin anormal gərginliyi qeydə alınıb. Bu, yalnız MRT-də görünüb. Bəzi uşaqlarda nadir hallarda ifliclə nəticələnən onurğa beyni iltihabı əmələ gəlib.

Tədqiq olunmuş 38 uşaqdan 4-ü bir müddət sonra koronavirusdan ölüb. Daha 4 uşaqda tromb – işemiya xəstəliyi, 1 uşaqda isə beyinə çoxsaylı qanaxma ilə nəticələnən insult inkişaf edib.

Qeyd edilir ki, koronavirusdan sonra gənc xəstələrdə qıcolmalar, şüurun depressiyası, serebrovaskülit (beyin damarlarının iltihabı), ensefalit inkişaf edə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930