Merkel “AstraZeneca” ilə vaksinasiya olunacaq

Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da “AstraZeneca” peyvəndi ilə vaksinasiya olunacaq.
Bu barədə “Welt” nəşri məlumat yayıb.
Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı “AstraZeneca” preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.
Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=162347