2 azərbaycanlı 100 min dollar uğrunda yarışacaq

17.04.2021 - 09:26

 

2 azərbaycanlı 100 min dollar uğrunda yarışacaq

 

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin iştirakçı şahmatçılarının adları açıqlanıb.

Turnirdə Azərbaycanı IV raundda olduğu kimi, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək.

“New In Chess” adlı V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Çempionlar Turunun IV mərhələsinin bütün iştirakçıları: Maqnus Karlsen, Aryan Tari, Yohan-Sebastyan Kristiansen (hər üçü Norveç), Uesli So, Hikaru Nakamura, Lenyer Dominges (hər üçü ABŞ), Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi AZƏRBAYCAN), Rameşbabu Praqqnanandha, Vidit Qucrati (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FIDE), Sergey Karyakin (Rusiya), Yan Kşiştof Duda (Polşa), Le Kuanq Lyem (Vyetnam), Qaveyn Cons (Böyük Britaniya).

Turnirin ümumi mükafat fondu 100 min dollar olacaq. Qalib 30 000 dollar qazanacaq. Aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162393

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31