Putinin ən çox sevdiyi yerin adı açıqlandı – Yenə Şoyqu ilə gedib

19.04.2021 - 08:46

 

Putinin ən çox sevdiyi yerin adı açıqlandı - Yenə Şoyqu ilə gedib

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib.

“Rossiya 1” telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.

“Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir”, – Peskov deyib.

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.

“Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi”, – Peskov əlavə edib.

Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930