Putin “B” planına keçdi

19.04.2021 - 10:13

 

Putin "B" planına keçdi

 

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda güzəştə gedəcəyinə dair ümidlərini üzdü.

Bu barədə tanınmış ukraynalı politoloq Karl Volox yazıb.

Onun sözlərinə görə, Ukraynanın avropalı tərəfdaşları “Donbasda münaqişənin nizamlanması” konsepsiyasının təşviqinə qayıdıb və bu, Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi və cəbhədə atəşkəsin pozulması fonunda baş verir.

“Sözügedən vəziyyət mənim təxmin etdiklərimi təsdiqləyir: Putin B planına keçdi”, – Volox bildirib.

Politoloqun fikrincə, Kremlin yeni planı eyni məqsədləri güclə reallaşdırmaqdan ibarətdir. Məhz bunun üçün Ukraynanın sərhədinə 100 mindən çox əsgər və çoxlu sayda hərbi texnika gətirilib. Kremlin Kiyevə təzyiqində nə qədər uzağa getməyə hazır olduğu hələ ki, məlum deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=162455

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728