Türkiyədən özəl Ramazan dondurması – FOTO

Türkiyədə Ramazan günlərində oruc tutanlar üçün özəl dondurma istehsalına başlanılıb.
Adıçəkilən məhsul “dondurmanın paytaxtı” adlanan Maraşda istehsal edilir. Bu desertə tarixdə ilk dəfə xurma əlavə olunub.
Şəkər, süd, səhləb və xurmanın qarışığından hazırlanan dondurmaların oruc tutan insanların xoşuna gələcəyi istisna edilmir. Bu vaxta qədər istifadəçilərə tanış olmayan yeni ekzotik desertlər ilk sınaqdan uğurla çıxıb.
Xurmalı Maraş dondurmalarının tezliklə satışa çıxarılacağı bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=162714