İranla ABŞ arasında gərginlik yarandı

06.05.2021 - 11:20

İranın dövlət televiziyası İRİB tərəfindən yayımlanan təbliğat videosunda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yeni siyasi gərginliyə səbəb olub. Ölkənin ali lideri Əli Xameneinin xalqa müraciət etməsindən bir müddət əvvəl yayımlanan videonun 1:09 hissəsində raketlərin ABŞ Kapitolunu hədəf aldığı göstərilir. Sözügedən təbliğat videosunda Kapitol binasının raket zərbəsi ilə dağıdılması, daha sonra Qüds şəhərinə doğru irəliləyən İran ruhanilərinin görüntüləri yer alıb.

İngilis “Daily Mail” qəzetinə danışan bir mütəxəssis videonun arxa fonunda yerləşdirilən mahnı haqqında danışıb. Mahnının sözlərində Kapitoli binası İmam Əlinin İnqilab Keşikçiləri tərəfindən dağıdılan bir zülm sarayı kimi təsvir olunur və İranın Qüdsü azad etməsi vəd edilir.

ABŞ-dan videoya reaksiya gecikməyib. Pensilvaniya ştatından olan respublikaçı senator Pet Tumi SEPAH-ın Kapitolu partlatdığı barədə saxta bir video yaydığını bildirib. Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930