Beş ölkə Aİ-yə peyvəndlə bağlı çağırış etdi

08.05.2021 - 13:18

Avropa İttifaqına (Aİ) üzv 5 dövlətin liderləri koronavirus peyvəndi istehsalının artırılması və digər  ölkələrə vaksin paylama mexanizminin yaradılması barədə Aİ-yə çağırış edib. Belçika, Fransa, İspaniya, Danimarka və İsveç liderləri epidemiya ilə mübarizə və peyvənd istehsalına dair Aİ Komissiyasının sədri Ursula von der Lyayenə ortaq bir məktub göndəriblər. Məktubda “COVID-19”a qarşı birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkilib.

“Avropanın peyvənd paylama mexanizmini və dozaları paylaşma öhdəliyini təcili olaraq təsdiqləməsi lazımdır. Buna laqeyd yanaşa bilmərik. Bu qlobal sağlamlıq böhranına qarşı beynəlxalq mübarizəyə töhfə verməyə hazır olmalıyıq. Aİ hərəkət etməsə, digərləri boşluğu doldurur və peyvəndləri siyasi vasitə olaraq istifadə edirlər”,- deyə məlumatda qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163393

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930