Əli Əsədov rusiyalı həmkarına və Tatarıstan prezidentinə başsağlığı verdi

12.05.2021 - 12:16

 

Əli Əsədov rusiyalı həmkarına və Tatarıstan prezidentinə başsağlığı verdi

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

xxx

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=163521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31