İsraildə sinaqoqda FACİƏ: Yaralıların sayı 200-ü ötdü, ölənlər var – VİDEO (YENİLƏNDİ)

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində 219 nəfər xəsarət alıb.
Bu barədə “RIA Novosti” məlumat yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 15-i ağır vəziyyətdədir. Digər zərərçəkənlərin vəziyyəti normaldır.
Daha əvvəl bildirilirdi ki, hadisə zamanı 167 nəfər yüngül xəsarət alıb, habelə 2 nəfər həlak olub.
xxx
22:31 16.05.2021
İsrailin Qivat-Zeev şəhərində Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı sinaqoqda tribuna çöküb.
Bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı 1 nəfər həlak olub.
Məlumata görə, hadisə zamanı daha 130 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Qeyd edilib ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=163605