Prokurorluqdan şok açıqlama – MARADONA ÖLDÜRÜLÜB

21.05.2021 - 07:25

 

Prokurorluqdan şok açıqlama - MARADONA ÖLDÜRÜLÜB

 

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümünü araşdıran prokurorlar çərşənbə günü 7 nəfəri sabiq idmançının “mümkün hesab edilən ölüm” niyyətində ittiham ediblər.

Bu barədə “Marca” qəzeti yazıb.

San-İsidro şəhərinin Baş Prokurorluğu məhkəmənin hakiminə ittiham olunan şəxslərin Argentinanı tərk etməsina qadağa qoymasını xahiş edib və onların hamısını ifadə verməyə çağırıb.

İşdə adı keçənlərin hamısı ötən ilin noyabrında Maradonanın ölümündən əvvəl ona baş çəkən həkimlərdir.

Yaxın günlərdə tibb bacıları – Rikardo Omar Almiron və Daxiana Qizela Madrid, tibb bacılarının koordinatoru Mariano Perroni, keçmiş futbolçunun ev şəraitində müalicə olunmasına nəzarət edən həkim Nensi Forlini, psixoloq Karlos Anxel Dias, psixiatr Aqustina Kazaçev və Maradonanın şəxsi həkimi, neyro-cərrah Leopoldo Luke dindiriləcəklər.

Prokurorluq tibbi komissiyanın hesabatının alınmasından sonra onların hamısını güman olunan ölümdə ittiham etməyə qərar verib.

Qeyd edək ki, 11 ekspert ölümünün başvermə şəraitini qiymətləndirib. Yerli KİV-də yayılmış məruzədən belə nəticə çıxır ki, Maradonaya baş çəkən tibb qrupunun işi qeyri-adekvat olub və pasiyentin sağlamlıq durumu taleyin ixtiyarına buraxılıb. Argentinada belə cinayətə görə 8 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=163755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31