İranla ABŞ arasındakı gizli danışıqlar müsbət nəticə verdi – RUHANİ AÇIQLADI

21.05.2021 - 07:29

 

İranla ABŞ arasındakı gizli danışıqlar müsbət nəticə verdi - RUHANİ AÇIQLADI

 

Artıq İrana qarşı əsas sanksiyaların, o cümlədən neft sənayesinə, bankçılığa, gəmiçiliyə qarşı yönələnlərin ləğv ediləcəyi güclü dövlətlər tərəfindən qəbul olunur.

Bu barədə İran prezidenti Həsən Ruhani IRIB-ə (dövlət televiziyası) bildirib.

Dövlət başçısı 2015-ci il nüvə sazişini bərpa etmək istiqamətində Vyanada ABŞ ilə aparılan dolayı danışıqlar zamanı mühüm irəliləyiş əldə edildiyini, qəti razılığa nail olmaq üçün hazırda təfərrüatlar üzərində iş aparıldığını dilə gətirib.

Xatırladaq ki, dünən Avropa İttifaqının yüksək rütbəli rəsmisi də Vyanada tərəflər arasında son razılaşmaya az qaldığını bildirmişdi. Danışıqlar dünən başa çatdırılıb.

Nikbin rəylərə görə, İran bir neçə ay ərzində neft hasilatını 2,4 milyon bareldən 4 milyon barelədək artıra bilər. “Citigroup İnc.” ekspertlərinə görə isə ABŞ İrana üçüncü rübdən etibarən gündəlik hasilatı 500 min barel artırmağa icazə verə bilər.

Həsən Ruhani hökuməti iyunun 18-də keçiriləcək növbəti prezident seçkilərinədək sazişi yekunlaşdırmaq istəyir. Hazırda hökumət Hörmüz boğazı yaxınlığında yeni neft terminalı tikintisini başa vurmaq üzrədir. NİOC (National İranian Oil Company) gələn aydan həmin məntəqədən neft tədarükünə başlamaq niyyətindədir.

İranın nüvə sazişinə qayıtması nəticəsində dünya neft bazarındakı qiymətlərin təxminən 5 dollar aşağı düşəcəyi güman edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=163761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31