Gürcü generalın meyitinin qalıqları Fransadan Tiflisə gətirildi

22.05.2021 - 18:00

 

Gürcü generalın meyitinin qalıqları Fransadan Tiflisə gətirildi

 

Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, general Giorgi Kvinitadzenin meyitinin qalıqları Tiflisə gətirilib.

Tiflis beynəlxalq hava limanında generalın xatirəsinə həsr olunmuş rəsmi mərasim keçirilib. Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Müdafiə naziri Cuanşer Burçuladze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər iştirak ediblər.

Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi mayın 26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn olunacaq.

QR Reklam! TV və dijital bir arada.

G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub. 1884-cü ildə o, Tiflis Kadet Korpusuna daxil olub, daha sonra təhsilini Sankt Peterburqda davam etdirib. G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub.

1921-ci ilin fevral-martında hücum edən Qırmızı ordu hissələrinə qarşı müqavimət təşkil edib. 1921-ci ildə demokratik respublikanın süqutundan sonra general Türkiyənin İstanbul şəhərinə, oradan isə 1922-ci ildə Fransaya mühacirət edib.

O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat edib və yerli qəbirstanlıqda dəfn olunub. 2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın Milli Qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tiflisdəki küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə “Giorgi Kvinitadze” adlı gümüş hərbi medal təsis olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=163804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31