Boris Conson müsəlman qadınlardan üzr istədi

26.05.2021 - 16:07
Boris Conson müsəlman qadınlardan üzr istədi
Böyük Britaniyanın Baş naziri Boris Conson əvvəllər müsəlman qadınlarla bağlı verdiyi açıqlamalara görə üzr istəyib, ifadələrinin inciklik və qəzəb yaratdığı üçün təəssüfləndiyini dilə gətirib.
Bu barədə “Anadolu” agentliyi xəbər verib.
“Dediklərimə görə müəyyən bir inciklik olduğunu bilirəm. İnsanlar mənim mövqeyimdə olan birindən doğru hərəkət gözləyirlər, amma mediada fikirləri aydın ifadə etməlisən. Sözün açığı, yaşatdığım hər incikliyə görə peşmanam. Bu gün də əvvəllər olduğu kimi eyni təhqiramiz ifadələri istifadə edərdimmi? Xeyr, çünki Baş nazirəm ”, – deyə Conson bildirib.
Qeyd edək ki, Conson Britaniyanın “The Telegraph” qəzetində 2018-ci ildə yazdığı bir məqalədə burka və niqab geyinən müsəlman qadınları poçt qutuları və bank soyğunçuları ilə müqayisə etmişdi.(oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=163939

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31