İlham Əliyevin Ağdam məscidi haqqındakı çıxışından sitat gətirdiyinə görə məhkəməyə verildi… 

27.05.2021 - 11:23
İlham Əliyevin Ağdam məscidi haqqındakı çıxışından sitat gətirdiyinə görə məhkəməyə verildi... 
Hazırda Azərbaycanın diplomatik xidməti bu işə baxılacaq bu günkü məhkəmə iclasında təmsilçisinin iştirakını təmin etməyə çalışır…
Rusiya Federasiyası Çelyabinsk şəhər məscidinin imamı Rinat Yaminev etnik və dini ədavəti qızışdırmaqda günahlandırılır.
Dini lider “Vkontakte” səhifəsində Qarabağda içərisində donuzların saxlandığı qədim  Ağdam məscidinin şəklini yerləşdirib və bu görüntüləri həmin ərazinin Ermənistan tərəfindən işğal edilərkən məscidlərin dağıdılması və təhqir edilməsinə dair bir şərh ilə müşayiət edib.
Yaminev jurnalistlərə açıqlamasında yerli nəzarət orqanlarının sözügedən şərhi dini və etnik nifrətin təhrik edilməsi kimi qiymətləndirdikləri və məhkəməyə müraciət etdiklərini söyləyib. Vəziyyətin həssaslığı ondadır ki, imamın şərhindəki fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin  həmin mövzudakı çıxışından sitatdır.
Məlumata görə, hazırda Azərbaycanın diplomatik xidməti bu işə baxılacaq bu günkü məhkəmə iclasında təmsilçisinin iştirakını təmin etməyə çalışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=163980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31