Övladları evlənməyən valideynlər cərimə olunacaq…

28.05.2021 - 10:46
Övladları evlənməyən valideynlər cərimə olunacaq...
Gəlinin mütləq cehiz aparması məsələsi də ləğv edilə bilər…
Pakistanın Sind əyalətində övladları yetkinlik yaşına çatdıqdan sonra evlənməyən valideynlərin cərimə olunması təklif edilib.
İslam ölkəsinin mühafizəkar alyansını təmsil edən siyasətçi Seyid Əbdül Rəşidin irəli sürdüyü qanun layihəsinə əsasən 18 yaşına çatmış vətəndaşlar rəsmi olaraq nikahlarını qeyd etməlidirlər. Bu göstərişi pozan gənclərin  valideynləri 500 rupi məbləğində cərimə ödəməli olacaqlar. Qanunun artıq Sind Məclisinin bir neçə üzvü tərəfindən təqdir edildiyi qeyd olunur.
Seyid Əbdül Rəşid bu cür tədbirlərin cəmiyyətdəki cinayətlərin sayının azalmasına kömək edəcəyini söyləyib. Müsəlman siyasətçi hesab edir ki, insanların ənənəvi dəyərlərdən uzaqlaşması sosial problemlərin artmasına səbəb olur.
S.Ə. Rəşid bəhs edilən layihə çərçivəsində heç bir şeyin evlənməyə mane olmaması və prosesi ləngitməməsi üçün gəlinin məcburi cehiz aparması məsələsinin də ləğv edilməsinə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=164006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31