ABŞ və İran arasında tarixi hadisə – 30 il sonra ilk dəfə

29.05.2021 - 09:39

 

ABŞ və İran arasında tarixi hadisə - 30 il sonra ilk dəfə

 

İran İslam Respublikası 1991-ci ilin noyabrından ilk dəfə ABŞ-a gündəlik 33 min barel həcmdə neft ixrac edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, İran sonuncu dəfə 1991-ci ilin noyabrında ABŞ-a neft ixrac edib. Həmin vaxt təchizatın gündəlik həcmi 64 min barel təşkil edib.

Öz növbəsində Rusiya da ABŞ-a neft və neft məhsullarının ixracını fevralla müqayisədə 1,8 dəfə – 22,94 milyon barelə qədər artırıb. Beləliklə, Rusiya yanacağın həcminə görə ikinci yerə yüksəlib. Siyahıda birinci yeri Kanada (139,87 milyon barel) tutub. Üçüncü yerdə 17,62 milyon barellə Meksika qərarlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=164037

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31