“Tarzan”ın qəhrəmanı aviaqəzada həlak oldu

31.05.2021 - 09:12
"Tarzan"ın qəhrəmanı aviaqəzada həlak oldu

 

Amerika aktyoru, “Tarzan: macəraların tarixi” (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.

Bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.

Lara həmçinin “Malibu xilasediciləri” (“Baywatch”, 1989-2001) və “Konan” (“Conan”, 1997-1998) seriallarında çəkilib.

Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin sımaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. / “Report”

Short URL: http://www.cumhuriyyet.net/?p=164076

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31