Yaponiyada evlər 500 dollardan satışa çıxarılıb

02.06.2021 - 20:15
Yaponiyada evlər 500 dollardan satışa çıxarılıb
Yaponiya hakimiyyəti kənd yerlərində boş qalmış evləri tutmaq istəyən vətəndaşları axtarır. Sayı 8 milyona çatan bu cür mülklər 500 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılıb.
Bu barədə “Insider” xəbər yayıb.
Mənbə iddia edir ki, bəzi evlər ümumiyyətlə pulsuz bağışlanır.
Vətəndaşların ölkənin bir sıra regionlarındakı boş qalmış evlərə marağını stimullaşdırmaq üçün hakimiyyət həmin evlərin təmiri üçün subsidiyalar da ayırıb. Rəsmi məlumatlara görə, ölkə üzrə boş evlərin sayı 2013-cü ildən bu yana 3,2% artaraq, 8,49 milyona çatıb. Evlərin boş qalmasına səbəb kimi ev sahiblərinin vəfat etməsi və ya başqa evə köçməsi göstərilir.
Vakayama, Tokusima, Kaqosima və Koçi prefekturalarında bu cür evlərin payı ümumi ev sayının 18 %-dən çoxdur. Bəzi regionlarda boş evlərin siyahılarının əks olunduğu xüsusi saytlar yaradılır. Bu cür evlər dəyər-dəyməzə satışa çıxarılır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=164209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31