İRƏVAN QARIŞDI: Nazirin istefası tələb olunur – SƏBƏB

03.06.2021 - 16:56
İRƏVAN QARIŞDI: Nazirin istefası tələb olunur - SƏBƏB

 

Ermənistanda Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları erməni hərbçilərin cəsədlərinin gizlədilməsinə etirazlarını bildiriblər.

Onlar səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb ediblər.

Məlumata görə, əraziyə cəlb olunan polis əməkdaşları bir neçə aksiya iştirakçısını saxlayıb.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=164221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31