Hər gün böyüyən çuxur bölgə sakinlərini TƏŞVİŞƏ SALDI

04.06.2021 - 10:47

 

Hər gün böyüyən çuxur bölgə sakinlərini TƏŞVİŞƏ SALDI

 

Meksikanın ortasında yerləşən bir kənddə ortaya çıxan və gündən-günə böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb.

Ölkənin Puebla əyalətinin Santa Mariya Zakatepek bölgəsində meydana gələn bu çuxur bazar günü (30 may) təxminən 30 metr diametrdə idisə, bazar ertəsi (31 may) 60, çərşənbə axşamı günü 80 metrə çatıb.

Səlahiyyətlilər böyüyən çuxurun ətrafında təhlükəsizlik çəmbəri yaradıblar.

Bölgə valisi Miquel Barbosa çuxurun böyüməyə davam edəcəyini və bundan zərər görən insanlara dəstək veriləcəyini bildirib.

Torpaq araşdırmaları aparan elmi qrup tərəfindən bölgədə bir sıra işlər başlanılıb və bunun 30 günə qədər davam edə biləcəyi söylənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930