Fələstin və İsrail arasındakı müqavilə ləğv edildi

Fələstin və İsrail hökuməti arasında əldə olunmuş peyvənd razılaşması pozulub.
Fələstin dövləti İsraildən 1 milyon doza koronavirus əleyhinə “Pfizer” peyvəndini almaqdan imtina edib.
Fələstinin səhiyyə naziri Mey Kayle keçirdiyi mətbuat konfransında bildirib ki, mütəxəssislər peyvənd dozalarını yoxlayıb və onların “keyfiyyətsiz olduqları” müəyyən edilib, buna görə də geri qaytarılmasına qərar verilib.
Qeyd edək ki, İsrailin istifadə müddətinin son tarixi yaxınlaşmaqda olan peyvəndləri Fələstinə yollaması dünya ictimaiyyətindədə narazılıqla qarşılanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=164404